Xəbərlər

Bakıda daha bir avtobus biabırçılığı - VİDEO

  • 20 May 2018
  • 152836 baxış

Sərnişinlər avtobusun qapısından bayırda sallanaraq gedirlər.

XalqTV.com bildirir ki, göndərilən videonun "Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsinə hərəkət edən 156 saylı marşrut avtobusunda çəkildiyi qeyd olunub.

Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, marşrut avtobusunun sürücüləri pik saatlarda sıxlığın çox olduğunu, ancaq qapını bağlamadan hərəkət etmədiklərini deyirlər.

Bəzi sərnişinlər də pik saatlarda avtobusun dolu olduğunu, ancaq qapıdan sallanma hadisəsi ilə sıx-sıx qarşılaşmadıqlarını söyləyirlər.

>

Marşrut avtobusunun sahibkarının verdiyi məlumata görə isə, pik saatlarda bəzi sərnişinlər qayda-qanunlara tabe olmur və avtobusun qapısından sallanaraq getməkdə israr edirlər. Ancaq marşrut xəttində çalışan sürücülər qayda-qanunla hərəkət etmək üçün əllərindən gələni edirlər.

Ekspertlər isə bildirir ki, qapısı açıq formada hərəkət edən avtobus sürücləri 3 bal və 60 manat miqdarında cərimə edilə bilərlər. /xezerxeber.az

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR