Dünya
Meksika Venesueladan səfirini geri çağıırıb
Meksika Xarici İşlər Nazirliyi Venesuelada keçirilən prezident seçkilərindən sonra ölkədən səfirini geri çağırıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, nazirlik Venesuelada həmçinin biznesin aparılması zamanı risklər haqda xəbərdarlıq edib: "Xarici İşlər Nazirliyi, Venesuelada mayın 20-də keçirilən prezident seçkilərini tanımır və qanunsuz hesab edir".
>Qeyd edək ki, Venesuelanın Milli Seçki Şurasının məlumatına əsasən, hazırki dövlət başçısı Nikolas Maduroya 5.8 milyon, müxalifətdən əsas namizəd olan Enri Falkona isə 1.8 milyon seçici səs verib.
XalqTV.com
RƏYLƏR