idman

5 milyon dollarlıq evini lotereyaya çıxardı - FOTO

  • 22 May 2018
  • 157974 baxış

İngiltərənin Hempşir qraflığındakı Rinqvud şəhərinin yaxınlığında yaşayan Mark və Şeron Beresfordlar "Avon Place" adlı villalarını satırlar.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, "Huf Haus" tipli villanın ilkin satış qiyməti 5 milyon dollardır.

Fəqət, Beresfordlar villanı satışa çıxarandan sonra uzun müddət "Avon Place"ni alan olmadığından, indi onlar lotereyaya əl atıblar.

25 funt-sterlinq qiymətinə lotereya bileti alan hər kəs uduş qismində "Avon Place" villasına yiyələnə bilər.

>

Mark Beresfordun dediyinə görə, məbləği əldə etmək üçün onlar 120 min bilet satmalıdırlar.

100 bilet artıq satılıb. Mark və Şeronun fikrincə, iyulun 1-dək biletlərin hamısı satlacaq.

İyulun 1-də isə 6 yataq otaqlı villa lotereyada cek-pot qismində oynanılacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR