İqtisadiyyat

"Nar" abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi

  • 27 May 2017
  • 309 baxış

"Nar" abunəçiləri arasında keçirilən "SMS fortuna" lotereyasının 10 qalibinə pul mükafatı və "Nar"-dan xüsusi hədiyyələr təqdim edilib.

"SMS fortuna" lotereyasının həftəlik qalibləri 350 AZN, aylıq qaliblər isə 3500 AZN-ə sahib olublar. Qaliblər həftə ərzində SMS göndərən "Nar" abunəçiləri arasından təsadüfi qaydada seçilib. Göndərilən 5 SMS 1 biletə bərabər sayılır və həmin həftə ərzində keçirilən lotereyada qalib gəlmək şansı yaradır.

Ay ərzində göndərilən SMS-lər "Nar" abunəçilərinə həm də aylıq pul mükafatına sahib olmaq şansı verir. Beləliklə, hətta bonus SMS-lərdən istifadə edən "Nar" abunəçiləri göndərdikləri hər 5 SMS-lə həftəlik və aylıq lotereyada iştirak edərək pul mükafatı qazanmaq şansına sahibdirlər.

Qeyd edək ki, "SMS fortuna" lotereyası 27 avqust tarixinədək davam edəcək. Lotereyaya qoşulmaq üçün *217#YES şifrəsini yığmaq kifayətdir. "SMS fortuna" lotereyası haqqında tam məlumatı smsfortuna.narzone.az səhifəsinə daxil olaraq əldə etmək olar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-1547-nar-abunecileri-arasinda-kecirilen-lotereya-qaliblerine-mukafatlar-teqdim-edildi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11