idman

\"Hamşik 3 ildir ki, \"Napoli\"dən getmək istəmirdi\"

  • 22 May 2018
  • 157666 baxış

"Napoli"nin kapitanı Marek Hamşikin atası Riçard Hamşik onun Çindən təklif aldığını təsdiqləyib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, futbolçunun atası hazırda danışıqların getdiyini bildirib.

"Onlar Mareklə ciddi maraqlanır, amma danışıqlar asan deyil. Son 3 ildə oğlum "Napoli"dən getmək istəmirdi və skudettonu qazanmağa köklənmişdi. Bu isə yenə baş vermədi. İndi əsas çətinlik odur ki, Çində əsas transfer pəncərəsi qışda açılacaq. Ona görə Marekin Çinə nə vaxt gedəcəyi mübahisə mövzusudur. Çin çempionatında legioner limiti var. Oğlumun "Napoli" ilə hələ 3 illik müqaviləsi var. Buna görə hər şey klublardan asılı olacaq. Onun Çinə getmək ehtimalı 60 faizdir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR