idman

\"Borussiya\"nın yeni baş məşqçisi açıqlanıb

  • 22 May 2018
  • 153375 baxış

"Borussiya Dortmund" yeni baş məşqçisinin adını açıqlayıb. Gözlənildiyi kimi, komandanın sükanı arxasına Lüsyen Favr keçib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, isveçrəli mütəxəsislə 2020-ci ilin yayına kimi müqavilə imzalanıb. 60 yaşlı çalışdırıcının son iş yeri "Nitsa" olub. O, ilk mövsümündə klubu Fransa Liqasında 3-cü etmişdi.

"Borussiya"nın keçmiş baş məşqçisi isə Peter Ştöqer idi. Avstriyalı mütəxəsis Bundesliqada mövsüm başa çatan kimi istefa vermişdi.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR