idman

\"Napoli\" Portuqaliya millisinin üzvünü alır

  • 23 May 2018
  • 158009 baxış

"Napoli" heyətini yeni qapıçı ilə gücləndirir.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Neapol təmsilçisi Lissabon "Sportinq"inin qolkiperi Ruy Patrisio ilə anlaşıb. Bu barədə məlumatı "Rai Sport" yayıb. Xəbərdə portuqaliyalı əlcək sahibinin artıq "Napoli"də tibbi baxışdan keçdiyi, onun yeni klubuyla 4 illik müqavilə bağlayacağı qeyd edilib. O, bu müddət ərzində 8 milyon avro qazanacaq.

Xatırladaq ki, Portuqaliya millisinin də üzvü olan 30 yaşlı qolkiper bütün karyerası ərzində "Sportinq"də çıxış edib.

Patrisionun bir qrup azarkeşin klubun bazasına hücum edərək, futbolçuları döyməsindən sonra Lissabon təmsilçisindən ayrılmaq qərarına gəldiyi deyilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-15492-napoli-portuqaliya-millisinin-uzvunu-alir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11