idman
\"Vicdan haqqı\" finala hazırlaşır
ATV-də yayımlanan "Vicdan haqqı" serialı finala hazırlaşır.
XalqTV.com axşam.az-a istinadən bildirir ki, üç mövsümdür efirə gedən ekran işi bu yay bitir.
Ekran işinin quruluşçu rejissoru Rövşən İsax "ATV kulis"ə açıqlamasında bildirib ki, sonda tamaşaçıları təəccübləndirəcəklər:
>"Xoşbəxt son olacaq. Tamaşaçılar süpriz hadisələrlə rastlaşacaqlar".
Qeyd edək ki, serial həftənin cümə günü efirə gedir. Ekran işində Hicran Nəsirova, Ramiz Novruz, İlham Hüseynov kimi aktyorlar rol alırlar.
XalqTV.com
RƏYLƏR