idman

Ömrə müqabil müstəqillik - VİDEO

  • 24 May 2018
  • 157851 baxış

Ölkə başçısı, cənab İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilib.

Tarixə hörmət tələblə yanaşı, həm də vətəndaş borcu, vətənə sevgi göstəricisidir. Gəncədə fəaliyyət göstərən "ARB Kəpəz" televiziyasının və Gəncə "ASAN Xidmət" Mərkəzinin əməkdaşlığı ilə bir əsrlik tarixmiz dəqiqələrlə də olsa yaddaşa köçürülüb.

Çəkiliş prosesində Gəncə "Asan Xidmət" Mərkəzinin bir qrup könüllüsü də iştirak edib. "Ömrə müqabil müstəqillik" filmi bugünkü müstəqilliyimizin tarix boyu böyük şəxsiyyətlərin ömürləri müqabilində əldə edilməsinin göstəricisidir. İstər fiziki olaraq ömrünü qurban vermək, istərsə də mənən ömrünü qurban vermək, fərq etməz nəticə birdir: Vətən bütövlüyü, müstəqillik təntənəsi.

Sənədli film 1905-1906-cı illər azadlıq hərəkatının təsvirindən başlayaraq, müasir müstəqilliyimizədək bütün tarixi formasiya dövrlərini əhatələyib. Danılmaz bir fakt var ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı çox önəmli səhifələrdən biri, onun Gəncə dövrüdür.

Paytaxtın Bakıya köçürüldüyü zamanlardan, Sovetlər dönəmindəki hadisələrədək baş verənlərdə bu öz təsdiqini tapdı. Müstəqilliyin itirilməsi isə beyinlərdəki müstəqillik eşqini söndürmədi. Sovetlər dönəmində ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyi çərçivəsində qəbul edilən qərarlar, reallaşan hadisələr bir daha Cümuriyyətin xalqa yaşatdığı azadlıq eşqinin yaxın gələcəkdə gerçəkləşməsini labüd etdi. Gerçəkləşdi də. Bu isə 1991-ci ilə təsadüf etdi. O il ki, tarixə ölkəmizlə bağlı bir müstəqillik möhürü vuruldu, hələ də əhəmiyyətini itirməyən və itirməyəcək möhür.

"Ömrə Müqabil Müstəqillik" filmi ARB telekanalının efirində 28 may saat 20:45-da nümayiş olunacaq.

XalqTV.com

>

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR