Dünya

\"Ermənistan Cənubi Qafqazda ən kasıb ölkədir\"

  • 24 May 2018
  • 157250 baxış

Ermənistan bir daha Cənubi Qafqazda ən kasıb ölkə olub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul barədə hesabatında deyilir.

Hesabata əsasən, 2018-ci ilin yekunlarına əsasən Ermənistanda bu göstərici 10 min dollar təşkil edəcək.

>

Ermənistan bu göstərici ilə 192 ölkə arasında 113-cü yerdə qərarlaşıb. Bu, həm də Cənubi Qafqaz ölkələri arasında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2018-ci ilin yekunlarına əsasən alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18,04 min, Gürcüstanda 11,48 min dollar təşkil edəcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-15507-ermenistan-cenubi-qafqazda-en-kasib-olkedir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11