Dünya
Ukraynanı Avropa ilə birləşdirən tunel açıldı
Ukraynanın Lvov vilayətində bu ölkəni Avropa İttifaqı ilə birləşdirən tunel açılıb.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, uzunluğu 1822 metr olan Beskid tuneli yerin 180 metr dərinliyindən keçir.
Qeyd olunur ki, əsası hələ 1886-cı ildə qoyulmuş tunel 2007-ci ildə qəzalı vəziyyətdə olması ilə əlaqədar təmirə bağlanmışdı.
>Təmirdən sonra açılan və sahəsi genişləndirilən tunelin buraxılış gücü sutkada 200 qatar olacaq.
XalqTV.com
RƏYLƏR