Siyasət

Oqtay Əsədov Gürcüstana gedir

  • 25 May 2018
  • 158098 baxış

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da Tbilisidə səfərdə olacaq.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, tədbirin açılış mərasiminə Gürcüstanın Prezidenti, Baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.

Gürcüstan parlamentində keçiriləcək "İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya" mövzusunda "dəyirmi masa"da Milli Məclisin sədri O.Əsədov çıxış edəcək.

Səfər çərçivəsində parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-15530-oqtay-esedov-gurcustana-gedir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11