Xəbərlər

Samsung-la Apple yenə çəkişir

  • 26 May 2018
  • 157234 baxış

Kaliforniya Məhkəməsi "Samsung" korporasiyasını patent hüququ pozuntusuna görə "Apple" korporasiyasına təxminən 539 milyon dollar məbləğində cərimə ödəməyə məcbur edib.

Məlumatda deyilir ki, "Samsung" korporasiyası sənaye nümunəsi üzrə patent hüququ pozuntusuna görə 533,3 milyon dollar, həmçinin ixtira üçün patent hüququnun pozuntusuna görə 5,3 milyon dollar dəyərində cərimə ödəməlidir.

XalqTV.com ICTnews-a istinadən bildirir ki, "Apple" korporasiyası Cənubi Koreya şirkətinin 1 milyard dollar məbləğində cərimələnəcəyi fikrində idi, çünki ABŞ şirkətinin rəsmisinin qənaətinə görə, "Samsung" bu patentlərdən ən azı 1 milyard dollar qazanıb, ona görə də patentlənmiş texnologiya və dizayner həllərindən qanunsuz istifadə edilmiş smartfonların satışından əldə edilmiş bütün pulu qaytarmalıdır.

>

Qeyd edək ki, şirkətlər arasında məhkəmə çəkişməsi 2011-ci ildən davam edir, amma indiyədək müxtəlif məhkəmə orqanları tərəfindən qəbul edilmiş qərar tərəflərdən heç birini qane etməyib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR