Dünya
Bir neçə gün ərzində 62 nəfər qətlə yetirilib
Meksikanın Quanaxuato ştatında son bir neçə gün ərzində 62 nəfər qətlə yetirilib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, ən çox insan ölümü olan qətl hadisəsi Salamanka şəhərində baş verib. Küçədə 11 cəsəd aşkarlanıb, onlardan 8-i parçalanıb qara plastik paketlərə yığılıb.
Bundan əlavə, Selaya şəhərində mayın 23-ü və 24-ü 10 nəfər qətlə yetirilib. Onlardan 5-i restoranda güllələnib.
>Qeyd edək ki, Quanaxuato ştatında bir neçə narkotik maddələr alverçiləri qruplaşması arasında ərazi üzərində nəzarətə görə müharibə gedir.
XalqTV.com
RƏYLƏR