idman

\"Səbail\" 8 futbolçu ilə vidalaşdı

  • 26 May 2018
  • 158224 baxış

"Səbail" 8 futbolçusu ilə yollarını rəsmən ayırıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Nurlan Novruzovun müqaviləsi başa çatdığına görə, o, klubu tərk etməli olub. Raul Yaqubzadə və Kərim Diniyev ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Türkmənistanlı yarımmüdafiəçi Elman Taqayev və onun hücumçu həmyerlisi Vaxıt Orazsaxedov, gürcüstanlı müdafiəçi Nikoloz Apakidze, hollandiyalı arxa xətt oyunçusu Ayron Stati və yerli orta sahə oyunçusu Murad Ağayevlə sözləşmə müddəti uzadılmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR