SAĞLAMLIQ

Böyrütkənin faydaları

  • 27 May 2018
  • 158896 baxış

Böyrütkən çoxillik böyrütkən kolunun meyvəsidir. O qızılgülkimilər fəsiləsinə aiddir və yabanı halda yetişir. Böyrütkənə əsasən yol kənarlarında, meşəlik ərazilərdə, çaylara yaxın sahələrdə rast gəlinir. Böyrütkən təbiətin yetişdirdiyi ən dadlı giləmeyvələrdəndir.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, böyrütkən yayın ilk ayında çiçəkləyir və yay fəsli bitənə qədər çiçək açmaqda davam edir. Onun meyvələri avqust və sentyabr aylarında toplanır. Böyrütkən məhsuldar giləmeyvədir və onun çiçəkləri bal vermək qabiliyyətinə malikdir. Arıçılar onun bu xüsusiyyətindən daima istifadə edirlər.
100 qram böyrütkənin qida dəyəri:
- Zülallar - 1,5 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 4,4 qr
- Su - 88 qr
- Kalori - 31 kKal
Böyrütkənin tərkibi faydalı və müalicəvi maddələrlə zəngindir. Onun tərkibinddə saxaroza, qlükoza, fruktoza, limon, alma, üzüm, salisil və digər müxtəlif təbii turşularla, B, C, E, K, P, PP, A vitaminləri, kalium, marqanes, ətirli maddələr, pektin, liflər, makro və mikro elementlərlə zəngindir. Böyrütkənin tərkibində kalium, kalsium, maqnium, fosfor, dəmir, nikel,molibden, xrom, brom, vanadium, kolbat, titan və s. var. Böyrütkən yarpaqlarının 20%-ni tanin maddələri(lekoantosianidlər, flavonol), amin turşuları və mineral maddələr təşkil edir. Böyrütkən toxumunun tərkibini 12% yağlar təşkil edir.
Xalq təbabətində böyrütkən giləmeyvəsindən orqanizmi mökəmləndirmək məqsədilə istifadə edilir.  Böyrütkəni istənilən qida vasitəsi kimi yemək orqanizm üçün çox faydalıdır. O ateresklerozu müalicə edir. Böyrütkən yarpaqları həzm sistemini tonuslandırır. Yarpaqlarının dəmləməsini ekzema və dərinin iltihabi xəstəlikləri zamanı istifadə etdikdə xəstəliyin əlamətləri aradan qalxır.
Yarpaqların spirtdə saxlanılması zamanı alınan dərman orqanizmdə yarasağaldıcı, iltibah əlamətlərini aradan qaldıran, sidikqovucu təsir göstərir.
Böyrütkən yemək qanın tərkibinin yaxşılaşmasına səbəb olur.
Böyrütkən yarpaqlarından dəmllənən çay ətirli olur və onun müalicəvi xüsusiyyəti böyükdür.
İshal, dizenteriya, qida zəhərlənmələri, mədə və bağırsaq yaraları zamanı dəmləmədən istifadə etmək çox faydalıdır. Bu zaman 1 xörək qaşığı quru böyrütkən yarpaqları 1 stəkan qaynar suda termosda 3 saat dəmlənərək içilir. Dəmləməni gündə 3-4 dəfə yasrım stəkan olmaqla yeməkdən 20 dəqiqə əvvəl içmək lazımdır.
Sopyuqlqama zamanı 20 qram qurudulmuş böyrütkən kökünü və ya yarpaqlarını 1-2 stəkan qaynar suda zəif odun üstündə 20 dəqiqə qaynatdıqdan sonra 3 saat dəmlənir. Gün ərzində 3-4 dəfə 2 xörək qaşığı olmaq şərti ilə içilir. Bu qarışımı mədə-bağırsaq qanaxmaları zamanı 2 saatdan bir qəbul eləmək lazımdır.
Stomatit zamanı 4 xörək qaşığı quru böyrütkən yarpaqlarını 2 stəkan qaynar suda yarım saat dəmləyib ağız boşluğunu yaxalamaq lazımdır.
Klimakterik nevrozlar zamanı təzə böyrütkən giləmeyvəsindən dəmlənmiş çay içməkdə fayda var.
Şəkərli diabet xəstələri böyrütkən giləmeyvəsindən və ya yarpaqlarından dəmlənmiş çayı içdikdə orqanizmdə xəstəliyin əmələ gətirdiyi patologiyaların miqdarı azalır. Bu zaman hər gün böyrütkən çayı içmək lazımdır.
Böyrütkən meyvəsindən və yarpaqlarından əldə edilən şirə traxeit, bronxit, faringit, angina, soyuqlama, qan azlığı, ginekoloji xəstəliklər, kolitlər, dizenteriya, ishal zamanı çox faydalıdır. Bu şirə orqanizmə sakitləşdirici təsir bağışlayır.
Böyrütkən yarpaqlarının şirəsi dəri yaralanmalarını, eqzemanı, torfik yaraları, dermatozları və müxtəlif dəri xəstəliklərini sağaldır.
Böyrütkənin zərərli xüsusiyyətləri
Mədə vaə nazik bağırsaq xəstəlikləri zamanı çoxlu miqdarda böyrütkən şirəsi içmək olmaz.
Mədə turşuluğunun çoxluğundan əziyyət çəkən xəstələr çoxlu miqdarda böyrütkən şirəsi qəbul etdikdə mədə sirəsinin miqdarı artır və xəstədə narahatçılıqlar meydana çıxır.
Böyrütkənin tərkibində olanlar bəzi hallarda ürəkbulanmaya, qusmaya, diareyaya, selikli qişalarda şişkinliklərə səbəb ola bilir. Bu əlamıətlərin meydana çıxdığı zamanlarda böyrütkən yeməyi saxlamaq lazımdır.
XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO