Siyasət

Milli Məclis sədrinin Gürcüstana səfəri başa çatdı

  • 27 May 2018
  • 158237 baxış

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana işgüzar səfəri başa çatıb.

XalqTV.com APA-ya istinadən bildirir ki, O. Əsədov, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər şəxslər Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, O. Əsədov ötən gün Gürcüstanın müstəqillik günü və ilk respublikanın yaranmasının 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdə iştirak edib.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR