idman

Avropa Superkubokunda ilk dəfə derbi

  • 27 May 2018
  • 159002 baxış

Real  futbol üzrə Çempionlar Liqasının finalında Liverpool-u məğlub etməklə UEFA Superkuboku uğrunda matçda oynamaq hüququ qazanıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, mükafat uğrunda mübarizədə "kral klubu"nun  rəqibi digər Madrid komandası - Avropa Liqasının finalında Marseill-i (Fransa) məğlub etmiş (3:0) Atletico klubu olacaq.Beləliklə, UEFA Superkuboku uğrunda görüşdə ilk dəfə bir şəhərin iki komandası üz-üzə gələcək. Matç avqustun 15-də Tallinin "A. Le Kok Arena" stadionunda baş tutacaq.

Real UEFA Superkubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu Manchester United-i 2:1 hesabı ilə məğlub etmişdi.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR