idman
Kan: \"Karius karyerasını həmişəlik məhv edə bilər\"
Almaniya millisi və Bayern Munchen-in sabiq qapıçısı Oliver Kan Çempionlar Liqasının finalında həmyerlisi Loris Kariusun yol verdiyi kobud səhvlər barədə fikrini bildirib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, yaxın keçmişin məşhur qolkiperi bunları deyib:
"Kariusun finaldakı çıxışı onun karyerasını həmişəlik məhv edə bilər. Qapıçılıq ədalət görmür. Təsəlli tapmaq çətin olur. Karius nə vaxta bu fikirlərdən yaxa qurtaracaq? Bu, böyük həcmdə fiziki və psixoloji güc tələb edir".
XalqTV.com
RƏYLƏR