SAĞLAMLIQ
Yemək bişirməyi sevənlər üçün məsləhətlər
XalqTV.com axşam.az-a istinadən dadlı yeməklər bişirməyi sevənlərə bəzi mətbəx sirlərini təqdim edir:
- Dondurulmuş ətin buzunu mikrodalğalı sobada və ya isti suyun altında açmağa çalışmayın. Bu zaman ət bütün vitaminini itirir.
- Kartof püresinə 1 xörək qaşığı sirkə töksəniz, dadı daha gözəl olur.
- Sobada qızartdığınız ət qurumasın deyə içəriyə kiçik qabda su qoyun.
>- Göbələyi bişirməzdən əvvəl 1 saat duzlu suda saxlasanız, bişəndə əzilməz.
- Mürəbbəni paslanmayan qabda bişirin. Əks-halda, meyvənin tərkibindəki C vitamini itər.
- Əti qaynadarkən içərisinə bir parça ağac kömürü atsanız iy gəlməz və tez bişər.
XalqTV.com
RƏYLƏR