idman

\"Liverpul\"un qapıçısı ölümlə hədələnir - FOTO

  • 28 May 2018
  • 159130 baxış

İngiltərənin "Liverpul" klubunun fanatları komandanın Çempionlar Liqasının finalında Madrid "Real"ına məğlubiyyətində qapıçı Loris Kariusu suçlayırlar.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, "Liverpul"da həftədə 25 min funt-sterlinq maaş alan 24 yaşlı qolkiper və onun ailə üzvləri sosial şəbəkələrdə aşağılanır, təhqir olunurlar.

Eyni zamanda Karius ölümlə təhdid edilir.

Baş verənlərlə bağlı olaraq Britaniya polisi təhqiqata başlayıb.

L.Karius azarkeşlərdən, komanda yoldaşlarından və klubun bütün əməkdaşlarından üzr istəyib.

"O anları yenidən xatırlayır, təhlil edirəm. Dərk edirəm ki, bütün oyunu iki səhvimlə pozdum, məğlubiyyətə səbəb oldum", - qolkiper Twitter-dəki profilində yazıb.

Kiyevdə oynanmış final matçında "Liverpul" klubu "Real"a 1:3 hesabla məğlub olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR