Dünya
Şiddətli yağışlar 23 nəfərin həyatına son qoydu
Şri-Lankada yağış və qasırğa nəticəsində azı 23 nəfər həlak olub.
XalqTV.com Trend-ə istinadən bildirir ki, təbiət hadisəsi ilə əlaqədar 75 minə yaxın sakin təxliyə olunub.
Bundan əvvəl 19 nəfərin öldüyü xəbər verilmişdi.
>Kəskin hava şəraiti səbəbindən mindən çox ev dağılıb. Yollar zədələnib, məktəblərdə dərslər dayandırılıb.
Qeyd olunur ki, Şri-Lankada musson yağışları mövsümü başlayıb.
XalqTV.com
RƏYLƏR