Dünya

Serbiyada vertolyot qəzaya uğradı

  • 28 May 2018
  • 158986 baxış

Serbiyada vertolyot qəzaya uğrayıb.

XalqTV.com report.az-a istinadən bildirir ki, bu barədə ölkə televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Bratunaçın çətin keçilən dağlıq ərazisində baş verib. Qəza yerinə xilasedicilər, təcili yardım və polis cəlb edilib. Lakin hadisənin baş verdiyi yer dağ silsiləsinin meşə ilə örtülü ərazisi olduğundan xilasetmə dəstələri ora gedə bilməyiblər. 

>

Hələlik vertolyotdakı sərnişinlərin sayı barədə məlumat yoxdur. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR