Dünya

\"Qərbi Ağ Ev\" satılır - FOTO

  • 29 May 2018
  • 154676 baxış

ABŞ-ın sabiq və mərhum prezidenti Riçard Niksonun villası 63,5 milyon dollara satışa çıxarılıb.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, Kaliforniya ştatındakı San-Klemente şəhərində yerləşən, "Qərbi Ağ Ev" kimi tanınan, sahəsi 5,45 hektar olan villa Sakit Okean sahilindədir.

9 yataq otaqlı villa 836,12 kvadrat metr sahəyə malikdir. Villanın ərazisində əyləncə pavilyonu, iki yataq otaqlı qonaq evi və xidmətçilər üçün apartamentlər də var.

Riçard Nikson ABŞ prezidenti seçiləndən 6 ay sonra bu villanı 1,4 milyon dollara satın almışdı.

>

Nikson prezident postunda olduğu 5 il ərzində həmin villada 17 dövlət başçısını qəbul etmişdi.

1974-cü ildə istefa verəndən sonra o, bu villaya sığınmış, memuarlarını villada yazmışdı.

Əsl adı "La Casa Pacifica" olan villanın indiki sahibi onu 1980-ci illərdə satın almışdı. 1975-ci ildə villa ilk dəfə 75 milyon dollara satışa çıxarılmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-15665-qerbi-ag-ev-satilir---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11