Dünya

Daha çox yeyib 34 kq arıqladı - FOTO

  • 31 May 2018
  • 154519 baxış

"Sağlam həyat tərzi və normal rasion, habelə məşqlər sayəsində arıqlayıb indiki vəziyyətə düşdüm".

XalqTV.com The Mirror-a istinadən bildirir ki, əslən Britaniyanın Uels bölgəsindən olan, indi ABŞ-ın Nyu-York ştatındakı Nyu-Port şəhərində yaşayan 24 yaşlı Meri Llevellinin dediyinə görə, 34 kq arıqlayıb.

O, indi fitnes-bloqerdir.

"Əvvəllər çəkim 110 kq idi. Həyat tərzimi radikal şəkildə dəyişməyim arıqlamağıma yardım etdi. Orqanizm üçün faydalı ərzaqları müyyənləşdirdim. İndi əvvəlkindən də çox yeyirəm", - Meri söyləyib.

Onun sözlərinə görə, 10 yaşı olanda, ailəsi Uelsdən Nyu-Yorka köçəndən sonra aökəlməyə başlayıb.

>

Uzun müddət pəhriz saxlamağa cəsarət etməyən Meri universitetin son kursunda ağır depressiyaya düşəndə izafi çəkidən qurtulmaq qərarına gəlib.

"Akademik məzuniyyət götürdüm. Stressdən yeməklə qurtulmağa çalışırdım. Amma belə yaşamla vidalaşmağa qərar verdim və sağlam qidalanmağa başladım. Bodibildinqlə məşğul olan sevgilim də məni dəstəklədi. Məhz onun sayəsində fitnes zalına yollandım", - Meri deyib.

Əvvəllər bodibilderlər üçün rasionla qidalanan Meri toyuq və yumurta kimi tərkibində zülal çox olan qidalar yeyirdi. Sonra o, rasionuna faydalı yağları əlavə edib.

180 sm boyu olan Merinin çəkisi indi 74 kiloqramdır. O, həftədə 6 dəfə məşq edir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR