İqtisadiyyat

Avropa ABŞ-ın cavabını verdi

  • 31 May 2018
  • 158450 baxış

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Avropadan alüminium və polad idxalına görə rüsum tətbiq etməsinin qanunsuz olduğunu bildirib.

XalqTV.com  oxu.az-a istinadən bildirir ki, bu barədə BFMTV məlumat yayıb.

Makron ABŞ prezidentinin bu addımla səhvə yol verdiyini söyləyib.

Almaniyanın Xarici işlər nazirliyi də bu mövqeni bölüşür.

"Amerikalıların birtərəfli ölçüsü  bu nöqteyi-nəzərdən qanuna ziddir", -deyə qurumun bəyanatında deyilir.

>

Avropa İttifaqı rəhbəri Jan-Klod Yunker isə  ABŞ-ın bu qərarına qarşılıqlı cavabın veriləcəyini bildirib.

"Aİ ABŞ-ın birtərəfli qaydada tətbiq etdiyi tarifləri əsassız və Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu hesab edir. Bu açıq-aydın proteksionizmdir", - deyə Yunker qeyd edib.   

Britaniya rəhbərliyi də idxal rüsumuna görə ən yaxın müttəfiqindən incik düşüb.  Böyük Britaniyanın beynəlxalq ticarət üzrə naziri  Liam Foks "əks-tədbirlərin görüləcəyini və Vaşinqtondan Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəklərini" diqqətə çatdırıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-15717-avropa-absh-in-cavabini-verdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11