Dünya

Tramp və Kim Çen In iyunun 12-də görüşəcəklər

  • 02 Jun 2018
  • 159300 baxış

ABŞ və Şimali Koreya prezidentləri Donald Tramp və Kim Çen In iyunun 12-də Sinqapurda görüş keçirəcəklər.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Donald Tramp özü bildirib. "Biz iyunun 12-də Sinqapurda görüşəcəyik", - deyə Tramp bildirib.

>

Ağ Evdə bildiriblər ki, ABŞ iyunun 12-də Sinqapurda sammit zamanı hər hansı bir sənəd imzalamağı planlaşdırmır: "İyunun 12-də ciddi iş olacaq. Amma, söhbət prosesin özündən gedir, biz iyunun 12-də hər hansı bir sənəd imzalamağı planlaşdırmırıq. Biz prosesə start verməyi planlaşdırırıq".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR