Xəbərlər

Bu gün magistraturaya növbəti imtahan keçiriləcək

  • 03 Jun 2018
  • 154562 baxış

Bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi keçiriləcək.

XalqTv.com Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 25 imtahan binasında aparılacaq.

Bütün binalarda eyni vaxtda - saat 12:00-da başlayacaq imtahanda sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunacaq (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər). Hər düzgün cavab bir balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2018-ci il mayın 7-dən 17-dək aparılıb və 8183 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

İmtahanın idarə olunmasına 81 imtahan rəhbəri, 786 nəzarətçi-müəllim ayrılıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR