Dünya

Yarım milyonluq üzüyünü restoranda unutdu

  • 03 Jun 2018
  • 154984 baxış

Mahsun Kırmızıgül və həyat yoldaşı Ece Binay axşam yeməyi üçün balıq yeməyə yollanıb. 

XalqTv.com xarici KİV-ə istinadən xəbər verir ki, bu istirahət cütlüyə baha başa gəlib. Belə ki, Binay yarım milyon lirə dəyəri olan üzüyünü ayaqyolunda unudub. 

Məkanın işçiləri tapdıqları üzüyü restoranın kassasına qoyublar. Səhəri gün məkana gəlib üzüyü axtaran Eceyə onun fotosunu göstərməsi və harada unutduğu soruşulub. Cavabları ilə işçiləri inandıran Ece üzüyünə qovuşub.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR