idman

Tanınmış məşqçi və xanımını qarət etdilər

  • 04 Jun 2018
  • 155246 baxış

"Vest Hem Yunayted"in baş məşqçisi Manuel Pelleqrini və həyat yoldaşı iyunun 3-ü gecə saatlarında qarət olunub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, cütlük Çilinin paytaxtı Santyaqo şəhərində yerləşən restoranlardan birinə gedərkən naməlum şəxslər məşqçinin xanımının çantasını oğurlanıb. Daha sonra qarətçilər və polis arasında atışma baş verib. Onlar hadisə yerindən "Porsche Cayenne" markalı avtomobildə qaçıblar. İnsident nəticəsində yaralanan olmayıb. Hazırda cinayətlə bağlı araşdırma gedir. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR