idman

Qurban Qurbanov: \"Bizi maraqlı oyun gözləyir\"

  • 04 Jun 2018
  • 159047 baxış

"Bizi maraqlı oyun gözləyir".

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu millimizin baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək Qazaxıstan-Azərbaycan yoldaşlıq oyunu öncəsi deyib.

Q.Qurbanov qeyd edib: "Düşünürəm ki, bizi yaxşı və maraqlı oyun gözləyir. Qazaxıstan yığmasının təcrübəli yeni məşqçisi var. İşlədiyi yerlərdə müsbət nəticələr qazanıb. Rəqibin Bolqarıstan və Macarıstan yığmaları ilə oyununu izləmişəm. Baxımlı futbol sərgiləyirlər. Biz də çalışacağıq ki, həm yaxşı oyun nümayiş etdirək, həm də müsbət nəticə qazanaq".

Baş məşqçi bildirib ki, Qırğızıstan yığması ilə oyunla müqayisədə dəyişikliklər olacaq: "Oyunun gedişində də dəyişikliklər edib uzun müddət millidə olmayan futbolçulara da şans verəcəyik".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-15812-qurban-qurbanov--bizi-maraqli-oyun-gozleyir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11