Dünya

Abramoviçin qızı qlamur həyat sürür - FOTO

  • 06 Jun 2018
  • 159421 baxış

Rusiyalı milyarder, İsrail vətəndaşlığını qəbul etmiş milyarder Roman Abramoviçin qızı Sofiya ali təhsilini başa vurub.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, 23 yaşlı Sofiya London Universitetinin nəzdindəki "Royal Holloway" kollecinin menecment və marketinq fakültəsindən məzun olub.

Britaniya Abramoviçə viza vermir. Bu səbəbdən də rusiyalı milyarder İsrail vətəndaşlığı alıb. Çünki İsrail vətəndaşlarına Britaniyaya daxil olmaq üçün viza gərək deyil.

Sofiya isə Rusiya vətəndaşıdır və o da Britaniyada viza problemi ilə qarşılaşa bilər. Fəqət, milyarder qızı bunu düşünmür, qlamur həyat yaşayır.

>

O, atçılıq idmanını çox sevir. S.Abramoviç London və Monte-Karloda keçirilmiş atçılıq yarışlarında Rusiyanı təmsil edib.

Sofiya rusiyalı milyarderin ikinci nikahdakı xanımı İrina Abramoviçin qızıdır. Onun 26 yaşlı Anna adlı bacısı və 24 yaşlı Arkadi adlı qardaşı var.

Atası Sofiyaya Londonun Belqrafiya səmtində iki malikanə alıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR