Dünya

Maradona xəstəxanaya yerləşdirilib

  • 06 Jun 2018
  • 159075 baxış

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib. 

XalqTV.com report.az-a istinadən bildirir ki, o, dizindən əməliyyat oluna bilər. 

Nəşrdə bildirilir ki, D.Maradona artıq bir neçə aydır ki, sol dizində ağrılar hiss edir. Maradonanın 6-8 gün xəstəxanada qalacağı ehtimal olunur. 

Qeyd edək ki, D.Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinin sədridir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR