Dünya

\"KXDR denuklearizasiyaya hazır olduğunu təsdiqləyib\"

  • 08 Jun 2018
  • 155245 baxış

Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ ilə sammitə hazırlıqlar zamanı denuklearizasiyaya hazır olduğunu təsdiqləyib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

M.Pompeo bildirib: "ABŞ və Şimali Koreya birbaşa danışıqlar və sammitə hazırlıq aparırlar. Şimali Koreya denuklearizasiyaya hazır olduğunu təsdiqləyib".

>

Onun sözlərinə görə, hazırda iyunun 12-si Sinqapurda keçiriləcək sammitin logistika üzrə hazırlıqları başa çatır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR