Xəbərlər

Cəlilabadda atışanlardan biri tutuldu

  • 08 Jun 2018
  • 155165 baxış

Ötən gün Cəlilabadda baş vermiş silahlı insidentin iştirakçılarından biri saxlanılıb. 

XalqTv.com APA-ya istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində İlqar Həsənov tutulub.

Saxlanılarkən ondan AKS tipli avtomat, 1 ədəd avtomat darağı və 8 ədəd patron götürülüb.  
 
Silahlı insidentin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.

Qeyd edək ki, iyunun 7-də Cəlilabad rayon sakinləri olan şəxslər odlu silahdan bir-birinə atəş açıb. Silahlı insident zamanı xəsarət alan olmasa da, "Lexus" markalı avtomobilə və yaşayış evinə ziyan dəyib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-15893-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11