Uşağınızda uroloji problem varsa - VİDEO
Uşaq urologiyası; uşaqlarda sidik-cinsiyyət sistemi xəstəliklərinin və sidik-cinsiyyət sistemi üzvlərinin anadangəlmə və sonradan qazanılmış qüsurları ilə məşğul olan tibbin sahəsidir.
Sünnət, kriptorxizm (enməmiş xaya), hipospadiya (sidik dəliyinin cinsiyyət orqanının ucunda yox, altına açılması), Epispadiya, ureteropelvik darlıq (böyrək ləyəni-sidik axarı seqmentində daralma), hidrosele, varikosele, anadangəlmə hidronefroz, ureterovezikal darlıq, vesikoureteral reflüks (sidiyin böyrəyə geri qaçması), gecə və gündüz sidik qaçırmaları, Böyrək və sidik axarının daşları və s. xəstəliklərin diaqnozu və müalicəsi.
Həkim-cərrah Pərviz Hacıyev kimdir?
1985-ci ildə anadan olan Pərviz Hacıyev 2009-cu ildə Türkiyə Respublikası Ankara Universitetinin Tibb Fakültəsini bitirərək həkim ixtisasına yiyələnib.
2010-cu ildə keçirilən TUS (tıpta uzmanlık sınavı - tibbdə rezidentura imtahanı) imtahanında birinci seçimi olan Ankara Universiteti Urologiya Kafedrasına daxil olaraq rezidentura təhsilinə başlayıb. Rezidentura müddətincə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində təqaü almağa haqq qazanıb və 2015-ci ildə rezidentura təhsilini başa vuraraq uroloq cərrah ixtisasını alıb.
2014-cü ildə Avropa Uroloqlar Cəmiyyətinin(EAU) təqaüdü ilə Danimarkanın Aarhus Universitetində uşaq urologiyasi üzrə elmi-praktiki təcrübə keçib.
2013 və 2014-cü illərdə Avropa Uşaq Ürolojisi Konqreslərində (ESPU) ən yaxşı araşdırma mükafatlarında 2 dəfə üst üstə birinci yerə layıq görülüb.
2015 YDUS (Yan Dal Uzmanlık) imtahaninda Türkiyə üzrə 2-ci yeri əldə etmiş və hal hazırda Ankara Universitetində Uşaq Urologiyası üzrə işləməkdədir. Pərviz Hacıyev`in ABŞ-ın elmi jurnallarında bir sıra məqalələri dərc olunub.
European Society for Paediatric Urology(ESPU), European Association of Urology (EAU), American Urological Association (AUA), Endourological Society, Ürolojik Cerrahi Derneği (TR), cəmiyyətlərinin üzvüdür.
Qeyd edək ki, Dr.Pərviz Haciyev Uşaq Urologiyasaı üzrə üst ixtisas uzmanlıq təhsili alan ilk azərbaycanlıdır.
Daha ətraflı www.uroloq.com/haqqinda
Hal hazırda Medical plaza klinikasında işləyir.
XalqTV.com
>Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />