Dünya

Milyonlar bu ataya heyran qaldı - VİDEO - FOTO

  • 09 Jun 2018
  • 151578 baxış

Bermud adalarının mərkəzi olan Hemilton şəhərinin sakini Mark Deniels sosial şəbəkələrin yeni fenomenidir.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, "Hamilton City Hall"un səhnəsində 2 yaşlı qızı Bellaya dəstək verib yardım etmək üçün onun hərəkətlərinin əks olunduğu videoya sosial şəbəkələrdə artıq on milyonlarla insan baxıb.

Üç övlad atası olan vəkil Mark Denilsin ortancıl qızı Bella uşaqlarla birlikdə səhnəyə çıxıb "Pərilər" rəqsini ifa etməliydi. Bella səhnədə utanıb, çaşıb qalıb.

Bu dəmdə məşhur vəkil Mark övladının dadına çatıb.

>

Qucağında kiçik qızı Surini tutmuş Mark səhnəyə qalxıb və Bella ilə birlikdə rəqs etməyə başlayıb.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR