idman
Abramoviç \"Çelsi\"ni satmaqdan imtina edib
Rusiyalı iş adamı Roman Abramoviç "Çelsi" futbol klubunu Böyük Britaniyanın ən varlı şəxsi Cim Retkliffə satmaqdan imtina edib.
XalqTV.com report-a istinadən xəbər verir ki, sərvəti 20,5 milyar funt sterlinq olaraq dəyərləndirilən C.Retkliffə R.Abramoviçin London klubunu satmaq niyyətində olmadığı bildirilib.
Qeyd edək ki, 9,3 milyard dollar sərvətə malik R.Abramoviç "Çelsi"ni 2003-cü ildə 140 milyon funt sterlinqə alıb.
XalqTV.com
RƏYLƏR