idman

Formula 1 Kanada Qran-Prinin qalibi bəlli oldu

  • 11 Jun 2018
  • 159293 baxış

XalqTV.com  Trend-ə istinadən bildirir ki, "Ferrari" komandasında çıxış edən alman Sebastyan Fettel, Formula 1 yarışında dünya çempionatının növbəti Kanada Qran-Pri mərhələsinin qalibi oldu.

İkinci "Mersedes" komandasından finlandiyalı Valteri Bottas oldu. Üçüncü yeri hollandiyalı Maks Ferstapen ("Red Bull") tutdu.

Qələbə Fettelə ümumi cədvəldə birinci yerə çıxmağa imkan verdi. O, 121 xalla ikinci yeri tutan britanyalı sürücü Lyuis Hamiltondan ("Mercedes") bir bal öndədir. Üçüncü yerdə 86 xalla Bottas qərarlaşıb.

Sirotkin, bir xal belə yığmadan sonuncu 20-ci yeri fransız Romen Grojanla ("Haas") bölür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR