Dünya

\"Mirror\" Tofiq Bəhramovun nəvəsini danışdırdı

  • 11 Jun 2018
  • 152452 baxış

DÇ-2018-in başlaması ərəfəsində Böyük Britaniya mətbuatı əfsanəvi azərbaycanlı hakim Tofiq  Bəhramovun ailəsinin İngiltərə millisi ilə bağlı fikirlərini öyrənib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, məşhur "Mirror" qəzeti T.Bəhramovun nəvəsi Tofiq Bəhramova müraciət edib. Qəzet yazıb ki, Bəhramov ailəsi mundialda İngiltərəyə azarkeşlik edəcək.

36 yaşlı kiçik Bəhramov deyib: "Mən həqiqətən də İngiltərənin çempionatda özünü yaxşı tərəfdən göstərəcəyini gözləyirəm. Biz inanırıq ki, onlar gözəl oyun nümayiş etdirəcəklər. İngiltərəyə uğurlar arzulayırıq. İnanıram ki, əgər babam yaşasaydı, o da bu sözləri söyləyərdi. Onun haqlı qərarı sayəsində İngiltərə 1966-cı ildə dünya çempionu oldu".

Bəhramovun nəvəsi oğlu Bəhramın nə zamansa İngiltərə Premyer Liqasında oynamağını arzulayır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-15972-mirror-tofiq-behramovun-nevesini-danishdirdi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11