idman
PSJ futbolçusunu 50 milyona satdı
PSJ-nin yarımmüdafiəçisi Qonsalu Qedeş karyerasını İspaniyada davam etdirəcək.
XalqTV.com apasport.az-a istinadən xəbə verir ki, gənc futbolçu "Valensiya"ya transfer olunub.
Ötən mövsümü icarə əsasında "yarasalar"da keçirən Portuqaliya millisinin üzvü artıq İspaniya klubuna məxsus olub. Çünki klublar onun birdəfəli transferində ortaq məxrəcə gəliblər. Anlaşmaya əsasən, "Valensiya" 22 yaşlı oyunçu üçün fransızlara 50 milyon avro ödəyəcək.
Qeyd edək ki, Qonsalu Qedeş ötən mövsüm "Valensiya"nın heyətində keçirdiyi 33 oyunda 5 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
XalqTV.com
RƏYLƏR