idman
\"Keşlə\" Kamran Ağayevi yola gətirdi
Yeni mövsümdə Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə" iki futbolçusu ilə danışıqları uğurla başa çatdırıb.
XalqTV.com goal.az xəbər verir ki, paytaxt klubu qapıçıları ilə razılığa gəlib. Kamran Ağayev və Orxan Sadıqlının rəhbərliklə danışığı müsbət nəticələnib. Hər iki oyunçu yeni müqaviləyə imza atacaq. "Keşlə"də Pərdis Fərcad-Azad istisna olmaqla, yerli futbolçularla danışıqlar yekunlaşıb.
Pablo Podio, Nemanya Stoyanoviç, Məqsəd İsayev və Qara Qarayevi yola salan bakılılar çox güman ki, Ebrima Sohnaya da yeni sözləşmə təklif etməyəcək. Komandanın lideri Sezar Meza Kollidən isə cavab gözlənilir.
XalqTV.com
RƏYLƏR