idman

Şehiç Türkiyədə nə qədər maaş alacaq?

  • 11 Jun 2018
  • 155075 baxış

"Qarabağ" futbol komandasının sabiq qapıçısı İbrahim Şehiçin Türkiyənin "Erzurumspor" klubuna keçidinin təfərrüatı müəyyənləşib.

XalqTV.com report-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina yığmasının üzvü "mavi-ağlar"la 2 illik müqavilə bağlayacaq. Onun illik əmək haqqı 550 min avro təşkil edəcək.

Bildirilir ki, 30 yaşlı qolkiper iyunun 12-də Bakı vaxtı ilə 13:00-da meneceri Fatih İleklə birlikdə İstanbula gələrək, rəsmi sözləşməyə imza atacaq.

Qeyd edək ki, 2013 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinmiş İbrahim Şehiç daha əvvəl vətənində "Jelezniçar" və Türkiyədə "Mersin İdman Yurdu" komandalarında çıxış edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-15989-xalqtv..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11