Antalyadakı \"lüks otel\" bərbad məkan çıxdı - FOTO
Mark Pill xanımı Mişel və əlil qızı Evi-Eennlə birlikdə Türkiyənin Antalya şəhərindəki 4 ulduzlu "Swandor Topkapi Palace" otelində istirahət etmək istəyirdi.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, o, "Thomas Cook"agentliyinin saytında bu otelin fotolarını görərək bəyənmiş və bir həftəlik istirahət üçün 4 min funt-sterlinq ödəmişdi.
Lakin İngiltərənin Birmingem şəhərinin yaxınlığındakı Meriden şəhərinin sakinlərinin istirahati əzaba çevrilib.
Markın dediyinə görə, 8 yaşlı qızı Evi-Ennin onurğa sütununda cərrahiyyə əməliyyatından əvvəl ailəvi istirahəti planlaşdırmışdılar.
>"Lakin otelə çatanda arzularımızın puç olduğunu gördük. Otel, sanki, böyük inşaat meydançası idi. Hər tərəf qum, sement, daş, palçıq, səs-küy... Traktorların, buldozer və ekskavatorların səslərindən qulaq tutulurdu", - Mark söyləyib.
Mişel isə göz yaşlarını saxlaya bilməyib: "Otelin əməkdaşları çox sinirli, qəddar insanlardılar. Qızımın əlil olduğunu, onun əlil arabasının otağın qapısından içəri keçmədiyini deyəndə yardım etmək əvəzinə üstümə qışqırdılar. Nömrədəki ayaqyolu əlil uşağım üçün nəzərdə tutulmadığından, qızımı ayaqyoluna qonşu otelə aparırdım. Yeməklər də çox pis idi. Bunları təzminat istəmək üçün demirəm. Təzminat gözümə də görünmür. İndi məni maraqlandıran məsələ qızımın əməliyyatıdır".
XalqTV.com