Braziliyanın start heyəti mətbuata sızdı
Braziliya millisinin iyunun 17-də DÇ-2018-dəki ilk oyununda İsveçrəyə qarşı hansı heyətlə meydana çıxacağı məlum olub.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, komandanın hücumçusu Qabriel Jezusun dostu baş məşqçi Titenin start heyətini ifşa edib.
Belə ki, Braziliya millisinin Soçidəki məşqinin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olsa da, futbolçuların yaxın ətrafı sonadək məşqi izləyə bilib. Bu da nəticəsi...
Qabrielin dostlarından biri bilmədən komandanın sirrini açıb. O, "İnstaqram" səhifəsində komandanın məşqdə oynadığı heyəti paylaşıb: Alisson - Danilo, Tyaqo Silva, Miranda, Marselo - Kazemiro, Paulinyo, Koutinyo, Villian - Qabriel Jezus, Neymar.
Maraqlıdı ki, "sambaçılar" iyunun 10-da Avstriya ilə son yoxlama oyununda da məhz meydana bu heyətlə çıxmışdı.
XalqTV.com