Dünya
Məşhur şouda ilk çılpaq qalmaqal - FOTO
Britaniyada populyar "Love Island" teleşousunun 11-ci, yeni mövsümündə ilk qalmaqal yaşanıb.
XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, şounun iştirakçısı, Esseksdən olan model Meqan Barton Henson sosial şəbəkələrdəki profillərində çılpaq fotolarını və videoları paylaşmağa davam edir.
O, intim videolarını pulla da satır.
24 yaşlı modelə xəbərdarlıq olunsa da, o, "fəaliyyət"ini dayandırmayıb.
>Bu, azmış kimi o, şounun iştirakçıları həkim Aleks Corc və model Eyal Buker arasında davaya səbəb olub.
Belə ki, Meqan bu gənclərdən hər birinə ayrı-ayrılıqda eşq elən edib, "səni sevirəm" deyib və onlara "eşq gecəsi" vəd edib.
Olayın üstü açılanda isə Eyalla Aleks mübahisəyə başlayıblar.
XalqTV.com
RƏYLƏR