Dünya

İspaniya millisində daha bir təyinat

  • 14 Jun 2018
  • 151819 baxış

İspaniya millisinin yeni məşqçi korpusunda daha bir təyinat rəsmiləşib.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Avropa (2008) və dünya (2010) çempionu Karlos Marçena Yerronun rəhbərlik edəcəyi məşqçi korpusuna daxil edilib.

"Valensiya"nın sabiq ulduzu komanda ilə federasiya arasında əlaqələri tənzimləyəcək. Ondan başqa, Xulian Kalero (assistent) və Xuan Karlos Martines də (məşqçi) Yerroya kömək edəcək.

Marçena 2015-ci ildə futbolçu karyerasını başa vurub. O, millidə 69 oyun keçirib, 2 qol vurub. Karyerasının böyük hissəsini "Valensiya"da oynayıb. Ümumilikdə, 411 dəfə meydana çıxıb və 17 qolun müəllifi olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR