Dünya

Böyük fəlakət yaxınlaşır: bu ölkə sürətlə quruyur

  • 17 Jun 2018
  • 156732 baxış

Hindistan tarixinin ən böyük su böhranı ilə üz-üzə qalıb.

XalqTV.com axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Hindistanın Tranformasiyası Milli İnstitutunun hesabatında yer alıb.

Hesabata əsasən, böhrana görə ölkədə hər il 200 min insan həlak olur. Bununla belə hazırda ölkə əhalisinin yarısının (600 milyon nəfər - red.) su çatışmazlığı ilə üz-üzə qaldığı vurğulanıb. İnstitut su çatışmazlığının ölkədə ümumdaxili məhsulun 6% azalmasına səbəb olacağını bildirib:

>

"21 böyük meqapolisdə 2020-ci ilə qədər yeraltı su ehtiyatları yox olacaq. Bu isə 100 milyon insanın həyatına təsir edəcək. Ölkənin su resurslarının 70%-i çirklidir. Buna görə də ölkə ən təmiz su ehtiyatlarına görə 122 ölkə arasında 120-ci yeri tutur".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/17/cached-xeber-16116-boyuk-felaket-yaxinlashir--bu-olke-suretle-quruyur..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11