Dünya
Meksikada yol qəzası zamanı 7 adam öldü
Şənbə günü Meksikanın Xalisko əyalətində sərnişin avtobusu ilə qəza nəticəsində ən az 7 nəfər ölüb, 28 nəfər yaralanıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, dövlət prokurorluğunun məlumatına görə, avtobus sürücüsü idarəetməni itirərək avtomobili su kanalına aşırıb. Hadisə San Martin və El Verde şəhərləri arasındaki avtomobil yolunda baş verib.
>Avtobusda təxminən 40 adam olub. Ölənlər arasında iki uşaq var. Yaralılar xəstəxanaya yerləşdirilib.
XalqTV.com
RƏYLƏR