Dünya
Rusiyada azarkeş xəstəxanalıq olub
Dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya təşrif buyuran nigeriyalı azarkeşlərdən biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə Moskvanın Brusilova küçəsində yerləşən binada baş verib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan fanat ikinci mərtəbədən yıxılıb. Bəzi KİV-lər nigeriyalının evin sakinləri tərəfindən yerə atılmasını yazsa da, Rusiyanın Xarici işlər nazirliyi bunu təkzib edib. Qurum onun öz istəyi ilə eyvana çıxdığını və ehtiyatsızlıq ucbatından yıxıldığını qeyd edib.
Xatırladaq ki, Nigeriya DÇ-2018-in qrup mərhələsində keçirdiyi ilk oyunda Xorvatiyaya 0:2 hesabıyla uduzub.
XalqTV.com
RƏYLƏR